NAZİR POLİS ZABİTLƏRİNİ AĞIR CƏZALANDIRDİ - Müğənninin videosuna görə + VİDEO

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.

Lent.az-a xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb.

Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.

635x100

Şərhlər

TALİS 2018-06-14 16:59:07

UMUMİYYƏTLƏ SON DOVRLƏR OLKƏDƏ MƏTBUAT OPQANLARİNDA CALİSANLARA QARSİ COX ƏDALƏTSİZ ADİMLAR QTİLİR. BAXMAYARAQ Kİ KİM MUXALİFƏTƏ VƏ KİM İSƏ İQTİDARİ TƏMSİL EDİR. MARAQLİ MƏQAM ODUR Kİ QANUN İSLƏMİR. AZƏRBAYCANDA QANUN HORUMCƏK TORUNA BƏNZƏYİR. NECƏ Kİ BU TOA YALNİZ KİCİK HƏSARATLAR DUSUR. O Kİ QALDİ BU BƏDBƏXT REDAKTORUN MƏSƏLƏSİNƏ COX GUMAN Kİ HORMƏTLİ NAZİR BU BARƏDƏ MUVAFİ GOSDƏRİSLƏR VERƏR.AZPOLİTİKA SAYTİNİN B ELƏ MƏSƏLƏLƏRƏ DİQƏT CƏKMƏSİNƏ DƏ MƏMUNLUQGOSDƏRİLMƏLİDİR.RAMAZAN BAYRAMİNİZ MUBARƏK!!!

EWDER 2018-06-14 16:59:07

MENIM POLISIM KIMI QORUYUR.SERWANT MUDAFIE NAZIRININ POLKOVNIKINDEN COX MAAW ALIR.NIYESINI KIM BILIR... EWWWWWII ESAS INKIWAFDU.

Azər 2018-06-14 16:59:07

Ay ölkenin baş prokuroru Zakir Qaralov Gürcüstanda belə şey e göre icra başçısını hebs etdiler. Bes Sen niye müğenni Kerimi heps etmirsen? Yoxsa Ramil Usubov bunu etmelidir?

REDAKTOR 2018-06-14 16:59:07

CƏNAB NAZİRİN ƏDALƏT PRİNSİPİNƏ SUBHƏ YOXDUR. BU BAXİMDAN BİR MƏSƏLƏNİ DƏ QEYD EDƏK Kİ QUSAR VƏ XƏTAİ RAYON POLİSLƏRİNİN DƏ CƏZALANDİRİLMASİNA EYTİYAC VAR. BELƏ Kİ İCRA QANUNLARİNA ZİDD OLARAQ XƏTAİ RAYON MƏHKƏMƏ İCRACİSİ ƏLİ HACİYEVİN SAXTA SƏNƏDLƏRİ ƏSASİNDA XƏTAİ RAYON PASPORT BOLMƏSİ TƏRƏFİNDƏN ZƏRİRİ QAYDALARİ POZMAQLA AXTARİSA VERİLƏN AZƏRBAYCAN BEYNƏLXALQ ALƏMDƏ JURNALİNİN BAS REDAKTORU SƏRHƏDİ KECƏRKƏN SAXLANİLİB.SAXLANİLMASİ ZAMANİ QUSAR RAYON SAMUR POLİS BOLMƏSİNDƏ İSƏ İSGƏNCƏLƏRƏ MƏRUZ QALİB.

AZƏRBAYCANDA MÜTLƏQ ZƏRURİDİR! 2018-06-14 16:59:07

.... quldurluğunun, özbaşınalığının və QUDURĞANLIĞININ QARŞISININ ALINMASI...

Son yazılar