Menu

“Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” - Nazir

15.06.2018, 10:45
“Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” - Nazir

"2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi mətbuatda dərc edilən məqaləsində bildirib.

Nazir qeyd edib ki, bu dövrdə sahibkarlara 2 mlrd. manatdan çox kredit verilib: “İndiyədək ölkə iqtisadiyyatına 250 mlrd. ABŞ dollarından çox sərmayə qoyulub, valyuta ehtiyatları 24 dəfə artaraq 44 mlrd. dollara çatıb, son 15 ildə ölkədə 1,9 mln.-dan çox yeni iş yeri açılıb. Maaşlar, təxminən, 7, pensiyalar 10 dəfədən çox artırılıb. İşsizlik 5%-ə, yoxsulluq isə 5,4%-ə enib”.

Ş.Mustafayev vurğulayıb ki, son 15 ildə qeyri-neft ixracı 4,1 dəfə artıb.

Şərhlər

Kərəm 2018-06-15 10:45:14

BƏLKƏ NAZİR MİLLƏTƏ DÖVLƏTƏ ATILAN MİLYARDLARIN BİR HİSSƏSİNİ DEMƏK İSTƏYİB.

vızzz 2018-06-15 10:45:14

Cənab nazir, sadaladıqlarınıza ofşorlar da daxildir, yoxsa hamısı "tüklü dovşan", "lapşa na uşi" söhbətidir??

keçici qırmızı bayraqlar 2018-06-15 10:45:14

Əhsən. O qədər inkişaf gedib ki, millət hər gün qeyd etmək üçün axışıblar körpülərin altına. Oradan dövlətə petisiya toplyıb (hər gün) göndərirlər ki, bizdə qazın, suyun, işiğın qiymətini 3 dəfə qaldırın. Ermənistan boşalır, ora verin bunları. Ora boşalandan sonra TV kanalazisayalarımız kimdən çeynəyəcəklər bəs? Ətin yağın qiymətini 5 dəfə artırın. Hər şeyə monopoliyaya alın. Biz bu cürə kommunuzmdə, azadlıqda yaşaymaq istəmirik.
....

EWDER 2018-06-15 10:45:14

MOLODES,ESAS INKIWAFDU

Obyektiv 2018-06-15 10:45:14

Soz xetrine shablon "hesabatlar" lazim deyil! Yaxshini deyirikse, neqativlikleri de demek lazimdir.. Ay bu qeder sermaye buraxildi, mevacibler ve pensiyalar artib, yoxsulluq seviyyesi 5-ce % e yenib ve s.. Bes beledirse, onda ozumuzde istehsal olunan erzaqlar niye (ozu de nece defe) "od qiymetine" qalxib?! Bu gostericilerin muqayisesinde mevacibler normal artmalidir, telebat mallarinin qiymetleri (faktiki) tenzimlenmelidir ve bazar iqtisadiyyatinda 1-ci novbede indeksasiya olmalidir ki oz tesdiqini tapsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol