Menu

Hindistan öz tarixində ən ağır ekoloji fəlakətlə qarşılaşıb! - Su qıtlığı yaşanır...

15.06.2018, 16:42
Hindistan öz tarixində ən ağır ekoloji fəlakətlə qarşılaşıb!  - Su qıtlığı yaşanır...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistan öz tarixində ən ağır fəlakətlə - su böhranı ilə qarşılaşıb. Su qıtlığı səbəbilə, bu ölkədə hər il 200 min nəfərə yaxın insan həyatını itirir. Bu barədə Hindistan milli transformasiya (HMT) İnstitutunun məruzəsində söhbət açılır.

Məruzə müəllifləri təsdiqləyirlər ki, hazırda Hindistan əhalisinin yarıya qədəri (1,3 milard nəfərin 600 milyonu) su qıtlığı ilə üz-üzədir və artıq 2030-cu ilə bu ölkədə suya olan tələbat iki dəfə artacaq.

«Yüz milyonlarla hindistanlının ciddi su qıtlığı yaşaması, ölkədə ümumi daxili məhsun (ÜDM) 6,0 faiz azalmasına gətirib çıxara bilər» - deyə, «Business Standard» qəzeti araşdırmaların nəticəsindən sitat gətirir.

Məruzədə göstərilir ki, Hindistanın 21 meqapolisi öz yeralt su ehtiyatını artıq 2020-ci ilə qədər tükəndirəcək ki, bu da 100 milyona yaxın insana öz məhvedici təsirini göstərəcək. Müstəqil agentliklərin məlumatlarına istinad edən məruzə muəllimfləri yazırlar ki, artıq Hindistanın su resurslarının 70,0 faizi çirklənib ki, bu da ölkənin su keyfiyyəti indeksini 120-ə (cəmi 122) endirir.

İçməli su problemi Azərbaycan Respublikasında da mövcuddur - ötən illərdə bu barədə kifayət qədər yazılıb. Problemin kökü isə ölkənin ən iri çaylarının (Kür və Araz çayları) 3 Cənubi Qafqaz ölkəsi (Gürcüstan, Ermənistan və Azərbaycan) tərəfindən ifrat həddə qədər çirkləndirilməsindədir. Belə ki, 3 ölkənin sənaye və məişət çirkab suları demək olar, təmizlənmədən bu çaylara axıdılır.

Məlum olduğu kimi, Abşeron yarımadası və Bakı şəhərinin özünün içməli su mənbəyi yoxdur və bu ərazilərin suya olan ehtiyacının təxminən, 75,0 faizi Kür-Abşeron su kəməri hesabına ödənir. Bu kəmər isə suyu «suqovuşan» deyilən ərazidən (Kürlə Araz suyunun qarışdığı yer) 100 kilometr aşağı nöqtədən götürür.

Son illər Azərbaycan bu məsələ ilə ciddi məşğul olsa da, qonşu Gürcüstan və Ermənistan çayların çirklənməsini getdikcə artırır - Kür və Araz çaylarına təmizlənməmiş axıdılan çirkab sularının həcmini getdikcə artırır. Həmin dövlətlərin problemin aradan qaldırılmasına yönəldiləcək həm maliyyə resursu, həm də sadəcə, istəyi yoxdur...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol