Ermənistanda ordusunda xidmət aparan hərbi hissə komandiri həbs olunub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan Hərbi Polisinin əməkdaşları növbəti rüşvət faktının üstünü açıblar. Əməliyyat zamanı Ermənistan ordusunun polkovnik-leytenantı Q.N hərbi hissə ərazisində fəaliyyət göstərən “Zinar” mağazasının sahibindən rüşvət alarkın saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.


Şərhlər