Menu

Çeçenlər Salaha 100 kiloqramlıq tort və qızıl buts hədiyyə etdilər

16.06.2018, 18:20
Çeçenlər Salaha 100 kiloqramlıq tort və qızıl buts hədiyyə etdilər

Çeçen azarkeşlər Misir yığmasının futbolçusu Məhəmməd Salaha 26 yaşı olması münasibətilə çəkisi 100 kilo olan və qızıl butsla bəzədilmiş tort hədiyyə ediblər.Rusiya KİV-in yazdığına görə, Misir yığması Uruqvayla oyundan məyus halda Çeçenistanda qaldıqları otelə qayıdarkən maraqlı sürprizlə qarşılaşıblar.

Otelin lobbisində Misir və Çeçenistanın bayrağına bəzədilmiş tortu gördükdə futbolçuların üzü gülüb. Komanda yoldaşları Salah üçün “Happy birthday to you” mahnısını ingilis və ərəb dillərində oxuyublar.

Tədbir təşkilarçıları Salahın yalnız idmanda deyil, şəxsi keyfiyyətlərinə və xeyriyyəçilik əməllərinə görə çoxdan qızıl buts qazanmasına diqqət yetiriblər.

Şərhlər

EWDER 2018-06-16 18:20:56

HALAL OLSUN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol