Menu

Türkiyədə kimi prezident görmək istəyirsiz?- BAKIDA VİDEOSORĞU

16.06.2018, 23:10
Türkiyədə kimi prezident görmək istəyirsiz?- BAKIDA VİDEOSORĞU

Türkiyədə keçiriləcək prezident seçkilərinə 8 gün qalır. Seçkilər günü yaxınlaşdıqca ölkədə siyasi proseslər bir qədər də qızışmağa başlayıb. Prezident seçkiləri ilə yanaşı, parlament seçkilərinin də eyni gündə olması düyanın diqqətini Türkiyəyə yönəldib.

Məlumat üçün bildirək ki, prezidentlik uğurunda 6 namizəd yarışır.

Öz çıxışları ilə yadda qalan və Türkiyədə keçirilən rəy sorğularında səs çoxluğu ilə öndə olan namizədlər AKP və MHP-nin birlikdə yaratdığı “Cumhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Meral Akşener əsas fovarit hesab edilir.

Qardaş ölkədə cərəyan edən proseslər ölkəmizdə də böyük diqqətlə izlənir. Bu səbəbdən də, Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlarımız arasında videosorğu keçirdik. Namizədlərin fotolarını bir aya gətirib, sorğu iştirakçılarından kimin dəstəklədiklərini soruşduq.

Musavat.com-un həmin videosorğusunu təqdim edirik:

Şərhlər

Oğuz 2018-06-16 23:10:01

Ərdoğan heç vaxt Türk olmayıb onun yolu Türkiyəni yaxın şərqin bataqlığına aparır. Türk dövlətini Türk idarəetməlidir, Növbə təmiz qanlı türk olan Asena Meral Akşener olacaqdır. Tanrı Türkü qorusun və islam adı altında türkə kəfən biçmək soysuzlara ölüm olsun. Erdoğan Türkiyəyə insanlıqdan nəsibini almayan bütün dünya onların deyimiynən islamçı çetelərini yığıb, bu sorğunu müsavat keçiribsə boşa verin alğı operasiyonudur.

Türk 2018-06-16 23:10:01

Dahi Ərdoğan. O türk milləti üçün çalışır. Rüşvət yox talan korrupsiya yox. Məmurlar əhalinin dərisini soymaqla yox əhalinin yaxşı yaşaması üçün çalışırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol