Salyanda 24 yaşlı gənc intihar edib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Plastmas yaşayış massivində qeydə alınıb.
Belə ki, massiv sakini Abbasov Vüsal Nadir oğlu yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Bundan başqa, Salyan şəhərində də intihar faktı qeydə alınıb. Belə ki, şəhərin 28 yaşlı sakini Əltural Qurbanov 5 mərtəbəli yaşayış binasının damında özünü asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.


Şərhlər
Deyəsən rayonların İCRA BAŞÇILARI RAMBIQ, BARAMA istehsalında yarışdıqları kimi İNTİHAR məsələsində də yarışa girişiblər.Yəni KİMİN RAYONUNDA DAHA ÇOX İNTİHAR OLACAQ. HƏLƏLİK İNTİHAR YARIŞMASİNDA SALYAN 1_Cİ YERDƏ GEDİR.Bir gündə Salyanda 2- intihar olmaqla Salyanın icra başçısı "DUBLA" imza atıb.Qısası o BAŞÇIYA ƏN AZI "TƏRƏQQİ" MEDALI DÜŞÜR!!!!!!