Menu

Xızıda ildırım çobanları və qoyun-quzunu vurub

18.06.2018, 21:15
Xızıda ildırım çobanları və qoyun-quzunu vurub

Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Dübrar yaylağında baş verib.

İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol