Menu

Suriyada azərbaycanlı uşağın silahlı videosu yayıldı - Video

23.07.2014, 14:13
Suriyada azərbaycanlı uşağın silahlı videosu yayıldı - Video

Suriyada azərbaycanlı uşağın video görüntüsü yayılıb. Həmin görüntüdə azərbaycanlı kimi təqdim edilən azyaşlı uşaq dini mahnı oxuyur.

Azyaşlının oxuduğu mahnı cihadla bağlıdır. Görüntüdə həmçinin azyaşlının əlində avtomat silah tutduğu və mahnını oxuyub başa çatdırdıqdan sonra “Təkbir” deyərək “Allahu Əkbər” söylədiyi görünür.

Bu gün Suriyada Azərbaycandan olan xeyli sayda azyaşlı var. Onlar Suriyada döyüşlərə qatılan azərbaycanlıların övladlarıdır. Video görüntüsü yayılan uşaq isə Suriyada vuruşan azərbaycanlıların əmiri “Muhammed” ləqəbli döyüşçünün övladıdır.

Həmin uşaq azərbaycanlı döyüşçülərin əhatəsində əvvəllər də görüntülənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol