Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir.
Ağdaş rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Rəşid Musayev APA-nın yerli bürosuna bildirib ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Tofiq Məmməd oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan xiyar istixanasında aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqram, uzunluğu 53 sm-dan 2.15 metrədək olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bundan əlavə polis əməkdaşları Tofiq Məmmədovun qardaşı, rayonun Malay kənd sakini 1958-ci il təvəllüdlü Məmmədov Tacəddin Məmməd oğlunun yaşadığı evin həyətindəki paxla əkini sahəsinə baxış keçirərkən oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və çəkisi 2 kiloqram, uzunluğu 1 metr olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürüblər. Tofiq Məmmədov narkotik yetişdirdiyinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırma aparılır.





Şərhlər