Menu

"Azərbaycanda insan hüquqları tam təmin olunur" - Ombudsman

20.06.2018, 10:40
"Azərbaycanda insan hüquqları tam təmin olunur" - Ombudsman

"Azərbaycanda sabitlik və insan hüquqları­ tam təmin olunur".

“Report” xəbər verir­ ki, bunu İnsan Hüquq­ları üzrə Müvəkkili E­lmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövz­usunda Ombudsmanların­ XV Bakı Beynəlxalq ­Konfransında deyib.

O bildirib ki, Azərbaycanda hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb: "Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır".

E.Süleymanova qeyd edib ki, Azərbaycan ombudsmanı hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri görür. Elmira Süleymanova xatırladıb ki, bugünlərdə BMT-nin İnsan Hüquqları üzrə ali komissarlığı İnsan hüquqları sahəsində uğurlu olan 19 ölkə sırasında Azərbaycanın da adını çəkib.

Şərhlər

qulu 2018-06-20 10:40:44

vay o insan hüququnun halına ki, müvəkkili bu xanımdır! belə haqqın heç bir şansı yoxdur...

Akif 2018-06-20 10:40:44

Elmira Süleymanova utanmadan bəyan edir ki,Azərbaycanda insan hüquqları tam qorunur.Bu karyerist qadın Avropa İnsan Hüquqları Məhkəməsinin,Avropa Surasının Azərbaycanla bağlı çoxsaylı qərarlarından tam xəbərsizdir.Əlbəttə xəbərsiz olacaq.Çünki,o oğluna yüksək vəzifə verməyə nail olub və tamamilə formal olaraq Ombudsman kimi fəaliyyət göstərir.Ar olsun ....

Müfəttiş 2018-06-20 10:40:44

Görəsən bu xanım nənə namaz qılır....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol