Menu

"Heç vaxt əsgər ölümlərini gizlətmirik" - Müdafiə nazirindən KİV-ə çağırış

20.06.2018, 12:57
"Heç vaxt əsgər ölümlərini gizlətmirik"  - Müdafiə nazirindən KİV-ə çağırış

"Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub".

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: "Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol