Menu

Bakı-Quba yolunda avtomobil qəzası baş verib, xəsarət alanlar var

20.06.2018, 23:22
Bakı-Quba yolunda avtomobil qəzası baş verib, xəsarət alanlar var

Xızı rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə iki nəfər - 1996-cı il təvəllüdlü Ülvi Qədimalı oğlu Nəcəfzadə və 1995-ci il təvəllüdlü Kamran Rüstəm oğlu Məmmədov xəsarət alıb. Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol