Menu

Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşdu

23.07.2014, 17:18
Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşdu

Qəzada bir nəfər xəsarət alıb

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb.

Sürücüləri məlum olmayan 90-XK-418 dövlət nömrə nişanlı, KİA markalı yük avtomobili ilə 95 saylı xətt marşrutu üzrə hərəkət edən 10 TF 840 dövlət nömrə nişanlı, “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Qəzada bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol