Menu

Baş Prokurorluq Netanyahunun həyat yoldaşına qarşı ittiham irəli sürdü

21.06.2018, 17:34

ISRAEL-POLITICS-CABINET-NETANYAHUİsrailin Baş Prokurorluğu ölkənin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı ittiham irəli sürüb.“Report” xəbər verir ki, o, baş nazirin iqamətgahının işlərini idarə edərkən, sui-istifadə hallarına yol verməkdə, dövlət vəsaitini əsassız olaraq xərcləməkdə təqsirləndirilir.

Məlumata görə, S.Netanyahu ictimaiyyətin etibarından sui-istifadədə və qanunsuz yolla qazanc əldə etməkdə təqsirli bilinir.

İttiham aktında qeyd edilib ki, iqamətgahda həmişə aşbazlar işlədiyi halda S.Netanyahu Qüdsün bahalı restoranlarından yeməklər sifariş verib. O bu məqsədlə dövlət büdcəsindən 350 min şekkel (təxminən 97 min dollar) xərcləyib.

Baş nazirin həyat yoldaşı başqa qanun pozuntularına görə ittiham olunsa da, Baş Prokurorluq onların heç birini elan etməyib.

Eyni zamanda İsrail hökuməti başçısının Aparat direktorunun keçmiş müavini Ezre Saydofa qarşı da ittiham irəli sürülüb. O, dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol