Menu

Çin, İranla əməkdaşlıq edəcək! - ABŞ-ın sanksiyalarına rəğmən...

22.06.2018, 09:01
Çin, İranla əməkdaşlıq edəcək!  - ABŞ-ın sanksiyalarına rəğmən...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) kommersiya nazirliyinin (KN) nümayəndəsi Qao Fen bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına rəğmən, əvvəlki kimi İranla əməkdaşlıq edəcək.

«Biz, öz beynəlxalq öhdəliklərimizi pozmadan, İranla normal ticari-iqtisadi əlaqələrimizi davam etdirəcəyik» - deyə, Fen bildirib. O, əlavə edib ki, Pekin birtərəfli sanksiyaların əleyhinə çıxış edir.

Çin gömrüyünün məlumatına görə, iki ölkə arasında əmtəə dövriyyəsi cari ilin ilk 4 ayında 13,21 milyard dollar təşkil edib.

Xəbər verildiyi kimi, mayın sonunda Vaşinqton İrana qarşı məhdudiyyətləri genişləndirib. Bundan başqa, Vaşinqton İranın nüvə proqramı üzrə tarixi sövdəni də pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol