Menu

Ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə azalma var - Nazirlik

22.06.2018, 12:22
Ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə azalma var - Nazirlik

Son dörd tədris ili üzrə ali təhsil müəssisələrinin tələbə qəbulunun kəmiyyət göstəriciləri açıqlanıb.

“Report” xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2014-2015-ci tədris ilində 84 878, 2015-2016-cı tədris ilində 88 366, 2016-2017-ci tədris ilində 87 730, 2017-2018-ci tədris ilində 84 836 nəfər tam orta məktəbi bitirib. Keçən ilə nisbətən bu il tam orta məktəbi bitirənlərin sayı 2 894 nəfər azalıb.

2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəbə ərizə verib. Ərizə verənlərin sayında ötən illər ərzində mütəmadi olaraq azalma baş verib. 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ili ilə müqayisədə ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə (23 588) azalma var.

Şərhlər

t.ədalət 2018-06-22 12:22:51

Pullu yerlərin sayı artdıqca təhsildən yayınanlar çoxalacaq.Ali məktəblərə ödəmək üçün pulu hardan tapsınlar?İş yeri yox,yeni iş yerlərinin yaranmasına da ümid yox..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol