Menu

Ermənistan və Azərbaycan XİN başçıları görüşdü - FOTOLAR

22.06.2018, 18:03
Ermənistan və Azərbaycan XİN başçıları görüşdü - FOTOLAR

Azərbaycan və Ermənistan xarici İşlər nazirləri arasında ayaqüstü görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter”səhifəsində yazıb.

Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, “Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib.

Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.

Şərhlər

t.ədalət 2018-06-22 18:03:40

Bu görüşdə erməni,məlumdur ki,öz ana dilində,yəni ermənicə danışacaq.Bizim nazir də öz ana dilində,yəni rusca danışacaq..

Tütk 2018-06-22 18:03:40

bizim XİN-nin milliyəti kimdir? O Azəricə neçə illərdir öyrənə bilmir. Neçəki bizdə beləridir yaxşı heç nə olmayacaq. Milli qürür................

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol