Ağ Evin mətbuat katibi Sara Sandersi ABŞ prezidenti Donald Trampla birlikdə işlədiyinə görə restorandan qovublar.
"Report" xəbər verir ki, bu barədə o, "Twitter"-də bildirib.
Sara Sanders qeyd edib ki, Leksinqtondakı restoranlardan biri ABŞ lideri Trampa işlədiyinə görə ona xidmət göstərməkdən imtina edib.
"Dünən Virciniya ştatının Leksinqton şəhərindəki "Red Hen"un rəhbəri ABŞ prezidentinə işlədiyimə görə məndən restoranı tərk etməyimi xahiş etdi. Bu hərəkət məndən daha çox onun barədə danışır (təsəvvür yaradır - red)", - deyə Sanders "Twitter"də yazıb.


Şərhlər
Bir işə bax ha,demokratiyaya nəzər sal! Bizdə Prezident aparatının süpürgəçisinə heç yerdə bir söz deyə bilməzlər.Bax demokratiya buna bənzəyir.Hələ bir mətbuata da yayırlar.Jurnalistdəki cürətə bax!