Menu

ABŞ-da yük qatarı aşıb, 870 min litr neft yola dağılıb

24.06.2018, 17:49
ABŞ-da yük qatarı aşıb, 870 min litr neft yola dağılıb

ABŞ-ın Ayova ştatında neft daşıyan yük qatarı relsdən çıxaraq aşıb.“Report” xəbər verir ki, qəza nəticəsində 870 min litr neft yerə dağılıb.

Duru yanacağın bir hissəsi yaxınlıqdakı su hövzələrini çirkləndirib. Neftin yarısını toplamaq mümkün olub. Yerli sakinlərin həyatı üçün təhlükə yoxdur.

Kanadadan Amerikanın Oklahoma ştatında yerləşən "ConocoPhillips" şirkəti üçün neft daşıyan qatar BNSF şirkətinə məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol