Menu

Şəki şəhərində zəlzələ baş verib

24.06.2018, 21:07
Şəki şəhərində zəlzələ baş verib

Şəki şəhərində 3,2 maqnituda gücündə zəlzələ olub.

“Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla 19:21:19 -də Şəki-dən 11 km cənub-şərqdə Oğuz ərazisində qeydə alınıb.

Yeraltı təkanların ocağı yerin 21 km dərinliyində yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol