Menu

Misirdə fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

25.06.2018, 00:31
Misirdə fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

Bu gün Misir parlamentində keçirilən səsvermədə ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə 3 ay uzadılması dəstəklənib.APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Misir prezidenti Abdel Fəttah as-Sissi bu barədə müvafiq sərəncam imzalayıb.

Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində, Tante və İsgəndəriyyə şəhərlərində terror aktları törədiləndən sonra tətbiq olunmağa başlanıb. Həmin iki terror aktında 50-dən çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Ölkə qanunvericiliyinə görə, fövqəladə vəziyyət rejimi hər dəfə 3 ay olmaqla uzadılır.

Hazırda Misirdə ölkənin şimalı və mərkəzindəki Sinay yarımadasında terrorizmə qarşı geniş masştablı əməliyyat keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol