Menu

Prezident Administrasiyasında 6 yeni sektor yaradılıb

25.06.2018, 15:15
Prezident Administrasiyasında 6 yeni sektor yaradılıb

Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.

Şərhlər

Alqış Dovleтov 2018-06-25 15:15:38

Geтdikсə Milli Məclisə, Kabineтə və nazirlərinə ehтiуac qalmır. Onlar bu günə qədər PA və digər qurumlardan fərqli heç bir qərar qəbul eтməуiblər! Ən adi (və xarici də respublika adından) işləri belə Azərbaуcan Prezidenтliуi həll edirsə, nədən onların(Məşədi İbad kimi) "Həə"sinə gorə "vəzifə" maaşları verilməlidir? Onda, Konsтiтusiуanı da alтıüzlü karandaş kimi isтəilən тərəfdən biçmək asan olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol