MTK RƏHBƏRİ JURNALİSTƏ RÜŞVƏT TƏKLİF ETDİ - “Camaatın dərdi sənə qalıb?” + VİDEO

“Space” Tv-nin “Olar? Olmaz!” verilişində maraqlı hadisə baş verib.

Minval.info xəbər verir ki, Amil Xəlil insanların şikayəti əsasında MTK rəhbərlərindən biri ilə görüşüb. Aparıcının xahişi və təkidi ilə rəhbər, şikayətçi sakinlərlə görüşə gəlməyə razı olub. Sakinlərlə görüşən MTK rəhbəri ilə şikayətçilər arasında ciddi münaqişə yaranıb.

Söz-söhbəti dinləyən rəhbər şəxs hadisə yerindən uzaqlaşıb. Daha sonra görüntülərdən də göründüyü kimi, aparıcı MTK-nın rəhbərlərindən biri olan Mehman adlı şəxslə görüşür. Bu zaman MTK rəhbəri teleaparıcıya rüşvət təklif edir. Aparıcı “Mən belə şeylərə getmirəm, qardaş” deyərək məkanı tərk edir.

Xatırladaq ki, bu verilişdə tez-tez sahibkarların rüşvət təklifinin əyani görüntüləri tamaşaçılara təqdim edilir. Verilişin sonunda bu görüntüləri şərh edən aparıcı rüşvət təklif edilən digər görüntüləri də yayımlayıb.

635x100

Şərhlər

baxis 2018-06-27 10:47:40

bu jurnalistin evveller ustundaki geyiminden cin hurkurdu. indi ise massallah deyesen ozun tutub. e..........

Vətəndaş 2018-06-27 10:47:40

Ölkədə çox əcaib hadisələr baş verir.Məsul orqanlar isə buna adi hal kimi baxıb reaksiya vermirlər.Rüşvəti günün tələbinə çevirən indiki məmurlar heç nədən,qanundan,konstitusiyadan ehtoyat emir.sanki özlərini başqa planetdəki kimi hiss edir.Bəs niyə belədir? Belə olmalıdırmı? Hansı dövlət orqanı qanunların işləməsini,tətbiqini təmin etməlidir?

yunis 2018-06-27 10:47:40

bu jurnalistin seviyyesi sifirdi. o oten hefte cinsi azliqin numayendesi baxici .....- nurlandi nedi ondan verilis hazirlamisdi-onu tebliq edirdi.yeqin ki pulunu alib reklam edirdi/ ona pul teklif olunub ve o almayib. inanmaq olmur. ozunu reklam edir. axi orada hec pul teklifi de yox idi.

AntiAbu 2018-06-27 10:47:40

Bu teleaparıcının gələcəyi yoxdur. Bu ölkədə özünü iyrənc rüşvətxor adlandıranlar irəli gedirlər. Rüşvət almayanlar, şəxsiyyətli insanlar işsiz-gücsüz, evində oturub televizora baxırlar.

magalat 2018-06-27 10:47:40

Lilpar mtk,Zardabi 77/a binasinda gelib ceksin...

Son yazılar