Menu

Rusiya Ermənistanda snayper təlimləri keçirir

27.06.2018, 12:57
Rusiya Ermənistanda snayper təlimləri keçirir

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsi (CHD) taktiki-xüsusi təlimlər çərçivəsində snayper bölmələri üçün müasir silahlı münaqişələr şəraitində təlimlər keçirir.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, hərbi təlimatçılar "Kəmxud" yüksək dağlıq poliqonunda snayperləri dağlıq-meşəlik ərazi şəraitində şərti düşməni cütlü orientasiya, axtarış, aşkarlama və məhv etmə üzrə yeni təlimlər keçirir.

Snayper hazırlığı üzrə sahə təlimlərində CHD-nin, təxminən, 200 hərbi qulluqçusu iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol