Antalyada azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında ölü vəziyyətdə tapılıb. Mərhumu şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar ediblər.
Bölgəyə bağlı yeni məhəllədə fevral ayından bu günə qədər təkbaşına yaşayan azərbaycanlı Məcid Nuxiyevdən xəbər ala bilməyən ev sahibi, dünən saat 16.00 radələrində evə gedib. Ev sahibi qapının açılmaması və evdən gələn ağır qoxudan narahat olaraq polisə xəbər verib. Evə gələn polislər usta çağıraraq qapını açdırıb, ardınca evə giriblər. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında, elektrik naqili ilə boynunda asılı vəziyyətdə tapılıb. Aparılan ilkin araşdırma nəticəsində onun 5-6 gün öncə öldüyü təxmin edildi. Mərhumun meyidi Antalyada tibbi ekspertizaya göndərilib. Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.
Virtualaz.org xəbər verir ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı. Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar. Habelə o, müsahibələrindən birində demişdi ki, Azərbaycandan bəzi deputatlar Ukraynaya əxlaqsız qadınlarla görüşmək üçün gəlir.
Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.

“Azadinform” agentliyinin yaydığı nekroloqda isə belə deyilir: “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə nümayəndəsi Məcid Nuxiyev dünyasını dəyişib. Azadinform xəbər verir ki, M.Nuxiyev Türkiyədə rəhmətə gedib. Mərhumun cənazəsi doğuldu Kürdəmir rayonuna gətiriləcək və orada dəfn olunacaq. M.Nuxiyev uzun illər idi ki, Lvov şəhərində yaşayırdı. O bu şəhərdə Azərbaycan diasporunun inkişafında xeyli əmək sərf etmişdi. M.Nuxiyev dünya azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında iştirak etmişdir. Allah rehmet eləsin.”

İlkin təhqiqat zamanı məlum olub ki, biznesmen təxminən 5-6 gün əvvəl ölüb. Meyit Antalya Məhkəmə tibb ekspertizasına aparılıb, faktla bağlı araşdırma aparılır.
Mənbə M.Nuxiyevin Antalyada portağal biznesi ilə məşğul olduğunu yazır. İş adamı ilə bağlı əlavə məlumat öyrənmək mümkün olmayıb.


Şərhlər
ESAS INKIWAFDU...BU KIWIDE ONA EMEK SERF ELEYIB.ALLAH CEMI OLENLERI REHMET ELESIN