Menu

«Avropada siyasi böhran yaşanır...» - Makron

27.06.2018, 17:57
«Avropada siyasi böhran yaşanır...» - Makron

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron bəyan edib ki, ikinci miqrasiya problemi səbəbilə, Avropada siyasi böhran yaşanır və onun dəf olunmasının açarı ümumi həll yolunun tapılmasından keçir.

«Onun həlli üçün aydın ideya lazımdır. Bizim, Avropa İttifaqında(Aİ) dəyərlərimiz var və hər dəfə biz onları «satan» zaman ən pisini edirik. Dəyərlər - bunlar, insan hüququna hörmət, digər dövlətlərə hörmət və bizləri birləşdirən həmrəylikdir» - deyə, Makron jurnalistlərə bildirib.

Prezident əlavə edib ki, optimal həll siyasəti ölkələrin əməkdaşlığı üzərində qurulacaq ki, bu da məsuliyyət və həmrəylik tələb edir. Avropa İttifaqı ölkələri, onun sözlərinə görə, yükü bölməli olacaqlar.

«Bu məsələdə Fransa kiminsə məsləhətinə ehtiyac duymur. Biz, bu il qəbul edilmiş qaçqınların sayına görə, ikinci ölkəyik» - deyə, Makron qeyd edib.

O, eyni zamanda bildirib ki, gərəkdir ki, Aİ öz sərhədlərini yaxşı qorusun. «Söhbət, «Frontex»ə (Aİ-nın xarici sərhədlərinin təhlükəsizliyi agentliyi) əlavə investisiyalardan gedir» - deyə, prezident dəqiqləşirib.

Bundn əvvəl məlum olub ki, Aİ-nın bazar günü Brüsseldə işə başlamış fövqəladə sammitində Fransa və İspaniya Avropa ərazisində miqrantları qəbul etmək üçün «qapalı mərkəz»lər yaratimaq barədə təklif irəli sürməyi planlaşdırır.

Makronun özü bəyan edib ki, belə mərkəzlər «maliyyə məqsədliliyini, işlərə operativ baxlmasını və Avropanın vahidliyini ləngimədən təmin edər ki, hər bir ölkə sığınacaq hüququ olan miqrantdarı (qaçqınları) təşkil olunmuş qaydada qəbul edə bilsin».

İtaliya buna sərt şəkildə qarşı çıxıb. İtaliya Baş nazirinin müavini və DİN naziri Matteo Salvini bəyan edib ki, "əgər Makron hesab edirsə ki, iki avro çaypulu verməklə, ölkəni «bütün Avropa üçün qaçqın düşərgəsinə çevirə biləcək, yanılır".

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol