Menu

40 yaşlı Bakı sakini dənizdə boğuldu

27.06.2018, 21:38
40 yaşlı Bakı sakini dənizdə boğuldu

Xəzərdə batan şəxsin meyiti tapılıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda dənizdə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

Dənizdə batmış 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol