Menu

ABŞ Hindistana S-400-ün yerinə THAAD sistemləri almasını təklif edir

27.06.2018, 21:42
ABŞ Hindistana S-400-ün yerinə THAAD sistemləri almasını təklif edir

ABŞ Hindistana S-400-ün yerinə THAAD sistemləri almasını təklif edəcək.Axar.az xəbər verir ki, bu barədə informasiyanı Hindistanın “Ekonomik Tayms” qəzeti yayıb. Vaşinqtonun bu təklifi iki ölkənin müdafiə və xarici işlər nazirlərinin 6 iyuldakı görüşündə səsləndirəcəyi bildirilib.

Hələlik rəsmi Dehlinin hansı silaha üstünlük verəcəyi bilinmir.

Qeyd edək ki, Rusiya ilə Hindistan arasında S-400 satışıyla bağlı saziş, demək olar ki, tam razılaşdırılıb. Amma hələlik müqavilə imzalanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol