«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin müavini Conatan Koen bəyan edib ki, ölkəsi Suriyada təhlükəsizlik zonaları barədəki sazişə sadiqdir.
«Bir ildir ki, qüvvədə olan və Rusiya ilə birlikdə işlənib hazırlanmış təhlükəsizlik zonaları barədə saziş göstərir ki, bizim siyasi iradəmiz var və biz, Suriyada zorakılığı aşağı sala, əzabları azalda bilərik. Proqres mümkündür, odur ki, ABŞ Suriyada sülhü dəstəkləmək üçün bu sazişə və bu Şura ilə işləməyə sadiqdir» - deyə, Koen çərşənbə günü Suriyadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında bəyan edib.

Şərhlər