Menu

Bakıda özəl klinikada faciə – Yardım göstərilmədi, öldü

28.06.2018, 10:18
Bakıda özəl klinikada faciə – Yardım göstərilmədi, öldü

Bakıda özəl klinikalardan birinin qarşısında faciəvi hadisə baş verib. Lent.az xəbər verir ki, sosial şəbəkələrdə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb.

Hadisə şahidinin sözlərinə görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün müraciət etsələr də, ilkin tibbi yardım edən olmayıb.

Ürəyi dayanan kişiyə ilkin tibbi yardımı vətəndaşlar göstərib, ancaq bunun köməyi olmayıb.

Bundan sonra onlar təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparsalar da, kişi yolda keçinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol