Menu

"MİLLA"dan ZƏHƏRLƏNMƏ İDDİASI BARƏDƏ - "Özünü reklam etmək cəhdidir"

28.06.2018, 21:20
"MİLLA"dan ZƏHƏRLƏNMƏ İDDİASI BARƏDƏ - "Özünü reklam etmək cəhdidir"

Bu günlərdə Azərbaycan KİV-də Bakıda azyaşlı uşağın zəhərlənməsi barədə məlumat yayılmışdı. Məlumatda zəhərlənmənin səbəbi kimi “Milla” zavodunda istehsal olunan süd göstərilirdi.

Sözügedən zəhərlənmə iddiası ilə bağlı "Milla" şirkəti açıqlama yayıb. "AzPolitika" həmin açıqlamanı zəruri redaktə ilə təqdim edir:

"“Milla”nın süd məmulatlarının istehsalı üzrə zavodu 5-günlük bayram tətilindən sonrakı ilk iş günündə bu faktın araşdırılması üçün işçi qrup yaradıb. İşçi qrupunun tərkibinə müəssisənin baş meneceri, texnoloq və laborantlar daxil olub.

Dərc olunmuş malumat nəzərə alınmaqla məhsulun keyfiyyətinin bir daha yoxlanılması üçün mikrobioloji analiz də daxil olmaqla bir sıra təkrar laborator araşdırmalar aparılıb.

Mütəxəssislər neqativ materialın dərcinə səbəb olmuş südün istehsal olduğu gün və saat aralığında istehsal edilmiş süd partiyasına xüsusi əlavə diqqət yetiriblər. Qeyd etmək lazımdır ki, işçi qrupunun üzvləri hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək məqsədilə rolikin müəllifi olan ana ilə əlaqə saxlayıblar. Onlar sözügedən anadan insidentə səbəb olmuş süd paketini əldə edərək onun içindəki məhlulu hərtərəfli analiz etmək üçün laboratoriyaya veriblər.

Həyata keçirilmiş laboratoriya sınaqlarının nəticələri zavodda istehsal olunan məhsulun keyfiyyətinin tam olaraq standartlara uyğun olduğunu sübut edib. Bu barədə işçi qrupu xüsusi məruzə hazırlayaraq zavod rəhbərliyinə təqdim edib.

İnsidentin səbəbi olmuş 200 qramlıq süd paketinə gəldikdə, onun tərkibinin mikrobioloji analizi göstərib ki, PH səviyyəsi üzrə uyğunsuzluqdan (məhsulun açıq şəkildə uzun müddət saxlanılması ilə izah olunur) əlavə digər göstəricilər norma daxilində olub.

Zavod rəhbərliyi qeyd edib ki, “Milla” bir neçə ildir ki, süd məhsullarının istehsalı üçün FSSC 22000 qida təhlükəsizliyi tələbləri standartına uyğunluq sertikatının sahibidir. Söhbət bütün istehsal və nəql zəncirini əhatə edən daha etibarlı və müstəqil idarə olunan məhsulların təhlükəsizliyi sistemlərinin sertifikasiya sxemindən gedir.

Sözügedən standarta uyğunluğu təsdiq etmək üçün zavodda hər il üçmərhələli audit və xammalın alınmasından, məhsulun istehsalından, saxlanmasından dükanlara çatdırılanadək ola proseslərin təhlili həyata keçirilir. Bu sağlam qida rasionunun əsasını təşkil edən məhsulların yüksək keyfiyyətini təmin etməyə imkan verir. Bundan əlavə belə sertifikat ölkəmizdən kənarda “Milla”da istehsal olunmuş məhsulları “Azərbaycan malı” nişanı ilə satmağa imkan verir. Alıcıların sırasında keyfiyyəti və təhlükəsizlyi təmin etmək üçün ən sərt sistemi tətbiq edən «McDonalds» kimi dünya şəbəkəsi var.

Həmçinin zavod rəhbərliyi vurğulayıb ki, sosial şəbəkədə yayılmış məlumat buraxılan məhsulun keyfiyyətini yoxlamaq üçün yeni bir imkandır. «Milla»da bütün istehlakçılara yalnız seçimlərinə görə deyil, həmçinin laqeyd olmadıqlarına görə böyük minnətdarlıqla yanaşırlar. Narazı alıcılara xüsusi diqqət və ehtiramla yanaşılır, çünki məhz onların rəyi ən sərt zövqü təmin edən ideal məhsulun buraxılmasına daha da yaxınlaşmağa imkan verir.

İstehlakçılarla əlaqə üçün satılan məhsulların üzərində telefon nömrəsi qeyd olunub. Yaxın vaxtlarda müəssisənin saytındaediləcək dəyişikliklər alıcıların bütün tələb və istəklərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Bakı sakini Y.Bahadurova“Milla” zavodunu keyfiyyətsiz məhsul buraxmaqda ittiham edib. O iddia edir ki, azyaşlı qızı “Milla” zavodunda istehsal olunmuş süddən içərək zəhərlənib. Qadının Youtube-da yerləşdirilmiş videosunda o bildirir ki, “Milla”nın “uşaq üçün südü”nü alaraq qızına içməyə verib. Qeyd etmək lazımdır ki, «Milla»zavodu uşaqlar üçün məhsul istehsal etmir.

Daha sonra qadın bildirir ki, zəhərlənmə nəticəsində onun qızı dərhal xəstəxanaya aparılıb. Bununla bağlı bir maraqlı detal üzə çıxıb. Zavodda yaradılmış işçi qrup müəyyən edib ki, şikayətçinin qızı həmin gün xəstəxanaya aparılmayıb.

Bahadurovanın ittihamlarının elə ilk ifadələrdən şübhə doğurmasına baxmayaraq, zavodun laboratoriyasında mikrobioloji analiz keçirilib. Həmin analiz göstərib ki, PH səviyyəsi üzrə uyğunsuzluqdan (məhsulun açıq şəkildə uzun müddət saxlanılması ilə izah olunur) əlavə digər göstəricilər norma daxilində olub.

Bahadurovanın özü ilə də əlaqə saxlanılıb.

Qadının sözlərinə görə, onun əlində olan həkim arayışında həqiqətən qızının süddən zəhərləndiyi göstərilir.

Lakin həmin arayışı göstərmək barədə qadına edilən bütün müraciətlər cavabsız qalıb.

«Mən hər şeyi çəkdiyim videoda sübut edirəm», - Bahadurova deyib.

“Milla” tərəfindən keyfiyyətsiz məhsul buraxılmasına dair digər bir faktın olmamasını nəzərə alaraq, belə bir nəticə çıxır ki, Bahadurova rəqib şirkətlərlə razılaşma əsasında “Milla”nın antireklamı ilə məşğul olaraq öz maraqlarını güdür; bu özünü reklam etmək cəhdidir və yaxud da hər şey daha sadədir – bu bir asan varlanma yoludur… Lakin mülahizələrə ehtiyac yoxdur, diqqətli oxucu özü hər şeyi anlayacaq".

 

"AzPolitika.info"

 

Şərhlər

t.ədalət 2018-06-28 21:20:53

"Milla"nın hazırladığı məhsullar keyfiyyət tanımır.Məsələn,onların hazırladığı dondurmaların tərkibinə mənşəyi bilinməyən yağlar qatılır.Bir də harda görünüb ki,hansısa təşkilat özü-özünü yoxlasın və müsbət rəy versin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol