Menu

Abadan neftayırma zavodu yanır!

28.06.2018, 15:15
Abadan neftayırma zavodu yanır!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünyanı ən iri neftayırma zavodlarından biri olan İranın Abadan şəhərindəki neftayırma zavodunda yanğın başlanıb.

İranın «Tasnim» agentliyinin məlumatına görə, yanğın nəticəsində 6 nəfər xəsarət alıb, onların ikisi ağır yanıqla xəstəxanaya yerləşdirilib. Hələlik yanğınsöndürənlər alovun qarşısını ala bilmirlər.

Hakimiyyət yanğının bir saat ərzində lokallaşdırılacağını vəd edib. Mütəxəssislər yanğının mümkün səbəblərini öyrənirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol