Menu

Heyli İranı "daha bir Şimali Koreya" adlandırdı

28.06.2018, 18:41
Heyli İranı "daha bir Şimali Koreya" adlandırdı

ABŞ İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda ümid edir ki, digər ölkələr də Vaşinqtonu dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

Diplomat İranı Şimali Koreya ilə müqayisə edib:

"Biz ümid edirik ki, digər ölkələr də İrana təzyiqi davam etdirəcəklər, çünki İran bizim gözümüzdə daha bir Şimali Koreyadır".

N.Heyli əlavə edib ki, Vaşinqtonda İranın təhdid olduğundan əmindirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol