Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur.
Şura sədri qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərini reytinq üzərində qururlar. Bayağı verilişlər də reytinq yığırsa, onda televiziyalar belə proqramlara üstünlük verirlər:
“Milli Televiziya və Radio Şurasının televiziyaların yaradıcılıq siyasətinə qarışmaq ixtiyarı yoxdu. Cəmiyyət bu sahədə dəyişikliyi bizdən gözləyir, amma insanlar özü də bu proseslərdə iştirak edir. O verilişlərdə tamaşaçı və ya qonaq kimi iştirak edən, o verilişlərə baxaraq reytinq qazandıran insanlar da hamısı cəmiyyətin üzvləridir. Həmin verilişləri xoşlamayan və bağlanmasını istəyənlər də cəmiyyətin digər üzvləridir. Amma Şura qanun çərçivəsində iş görür, hazırda bizə belə bir səlahiyyət verilmir”.

Şərhlər
Yuxarıda düz deyirlər. Müəllim yaxasını kənara çəkmək istəyir.Nahaq. İndiyə qədər kimdən biabırçılığa görə cavabdehlik tələb ediblər və kim soruşacaq, nə vaxt?
Ey cənabi MKRTÇ. "Şərqin Günəşində" bir az düz danışan, millətin dərdini dilə gətirən ANS kanalı vardı, o da qudalar hökümətinə sərf etmədiyi üçün onu bağladınız! İndi bütün telekanalizasiyalarda şouların yaradılmasında əsas icraçı özünüzsünüz. Millətə onu özünüz məcburi sırıyırsınız, deyirsiniz ki, bunu yeyin, yeməsəniz də qoyun cibinizə yolda yeyərsiniz. Buna görə də öz yapdıqlarınızı millətin belinə yıxmayın.
Vətəndaşa: Bizim telekanalizasiyalarımıza (Z.H.) heç Biləcəridən o tərəfdə də baxmırlar.
Telekanallar cəmiyyətindir ki, iştirak etsin? Özəl kanallar oliqarxlara mənsubdur və cəmiyyətin onların işinə qarışması mümkün deyil.Amma televiziya kanallarına dünyanın başqa ölkələrində də baxıla bilməsi ehtimalına görə onları öz başına buraxmaq məsuliyyətsizlikdir.
Bizdə radio və televiziyalar özbaçına buraxılıb.Bir şey yaxşıdır ki, mənasız,səviyyəsiz verilişlər üzündən bizim kanallara baxılmır.Ona görə narahayçılıq əbəsdir.Televiziya o qədər mənasızlaşıb ki,bir aparıcı sutkada 8-19 saat veriliş aparır.
Nuşirəvan müəllim əgər özəl TV-lər səviyyəsizlikdə yarışa giriblərsə bəs bu millət hara baxmalıdır?AzTV-yə, yoxsa İTV-yə?Bir kanalda bir Zaur başqasında digər Zaur məskunlaşıb.Dövlət büdcəsindən milyonlarla pul ayrılır, niyə ictimai kanal olan İTV-ni səviyyəli bir kanala çevirmək olmur?Niyə İTV ilə AzTV-nin fərqi yoxdur?Hər yerdə deyirsiniz bizdə mətbuat azadlığı var.Bildiyimə görə AŞPA-ya qəbul zamanı hökümət qarşısına şərt qoyulmuşdur ki İTV xalqın TV-si olsun.Niyə İTV-də seçki dövrünü nəzərə almasaq höküməti tərifləyənlərdən başqa kimsənin iştirakı yasaqdır?Məgər insanların bayağı verlişlər hazırlayan TV-lərdən başqa alternativ variantı varmı?Fikrimcə bu TV dövlətin maliyyə ayırdığı İTV ola bilərdi.Buna da hökümət imkan vermir.
İnsanın sifəti,geyimi,hərəkəti və s.formaları onun hansı məssəbə qulluq etdiyini göstərir.Dəhşətlisi odur ki,həmin o tiplərin aparıcılıq etdiyi verilişlərə qatılan sənət adamlarının mövqeyi düşündürücüdür.Görəsən,onları "namərd körpüsündən keçməyə" məcbur edən nədir?Bəlkə,aparıcılarla öz aralarında hansısa fərqin olduğunu hiss etmirlər?Bəlkə ,onlarla öz aralarında ümumi nəyinsə olduğunu görürlər?
Bu cur biabırçı açıqlama olar? Necə yəni bu bayagılıgı verlişdə iştirak edənlər özləri yaradır və bizim də buna qarışmaq ixtiyarımız yoxdur.....insanların mənəviyyatını pozan biabırçı verlişlər sifarişlədir ....Yazıgınız gəlsin bu millətə.Bu verlişlərin nəyə xidmət etdiyini çox gözəl bilirsiniz və dəstək verirsiniz.