«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 2018-ci ilin birinci rübündə Almaniya Federativ Respublikasının (AFR) Rusiya Federasiyası (RF) ilə əmtəə dövriyyəsi 2,5 faiz artıb. Bu barədə, cümə axşamı Almaniya iqtisadiyyatı Şərq komitəsinin (OAOEV) icraçı direktoru Mixael Harms bəyan edib.
«Əmtəə dövriyyəsi ötən ilin müafiq dövrü ilə müqayisədə 2,5 faiz artıb» - deyə, Harms bildirib. O, əlavə edib ki, bu zaman Almaniyanın ixracatı 2,3 faiz, idxalatı isə 1,4 faiz artıb. Nominal ifadədə dövriyyə 20 milyon avro təşkil edib. Ötən il bu göstərici 19,5 mmlyon avro olub.
Harms həm də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə toxunub və bildirib ki, Vaşinqton «Almaniya iş adamlarının biznes üzrə hansı həmkarları seçə biləcəyi barədə qərar qəbul edə bilməz».
O, əlavə edib ki, Avropa Komisiyası (AK) alman iş adalarının Rusiya bazarında ABŞ sanksiyalarına əməl emək imkanlarını bloklamaıdır. Analoji qərar İranla da bağlı verilməlidir.
Harms «Şimal axını-2» qaz kəməri layihəsinə yönəlik sanksiyaların tətbiqi məsələsinə ayrıca toxunub və qeyd edib ki, «Aİ-nın birgə qanunvericiliyi ilə layihə üzrə işlər artıq başlanıb».
Onun sözlərinə görə, «Şimal axını-2» Aİ-da enerji resurslarının qiymətlərini sabitləşdirməyə kömək edcək və Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin qalxmasına dəstək olacaq.


Şərhlər