Menu

"Bəzi əcnəbilərin yerli xanımlara qarşı davranışı narahatlıq doğurur" - Elmira Axundova

29.06.2018, 15:09
"Bəzi əcnəbilərin yerli xanımlara qarşı davranışı narahatlıq doğurur" - Elmira Axundova

Milli Məclisin iclasında ölkəyə gələn əcnəbilərin nalayiq davranışla əlaqədar ölkədən deportasiya edilməsi təklif olunub.

APA-nın məlumatına görə, bu təkliflə deputat Elmira Axundova çıxış edib.

E. Axundova bildirib ki, son vaxtlar ölkəyə gələn bir sıra əcnəbilərin milli dəyərlərə zidd hərəkətləri, əsasən də yerli xanımlara qarşı davranışları ciddi narahatlıq doğurur: “Ona görə də, yaxşı olardı ki, biz bu davranışa görə ilk halda cərimə tətbiq ediriksə, təkrar olunduğu halda, həmin əcnəbini ölkə hüdudlarından kənara çıxaraq. Düşünürəm ki, bu, müvafiq problemin aradan qalxmasına yardım edəcək”.

Şərhlər

Famil 2018-06-29 15:09:30

Burada ecnebilerin hec bir gunahi yoxdur.yegane sebeb ecnebi axtarisinda olan yungul exlaqli "xanim"lardir.yaziq ecnebi neylesin. ele bilir butun millet bu gundedir. Inanmirsinizsa merdekandaki dalga cimerliyine bash cekin. Her erebin yaninda bir iki bizim gozelce var. O gozelceler de ozlerini ele aparirlarki, sanki butun Baki onlara borcludur. Bakiya bir defe ailesi ile gelen ereb ikinci defe ya tek gelir ya da dostlari ile.geliwlerinin de sebebi hamiya melumdur

məmmədqulu 2018-06-29 15:09:30

... haqq-hesabdan sonra tumanbağını bərk-bərk bağlamağın nəmənası!!! Malades!!! Əsl Xristofor Kolumbdur!!

AZER 2018-06-29 15:09:30

bu erebleri....

Bayram 2018-06-29 15:09:30

Dünən saytlarda baxdığım bir vidio çəkilişi məni çox sarsıtdı.Telefonunu tapan taksi sürcüsünə ərəb turisti 50 manat hədiyyə təklif edir və sürücü isə daha çox tələb edir.Bu zaman onların düz arxasında fəhlə kanalzasiya lyukunu açır.Ərəb ayağını arxaya atanda lyuka düşür və ölümdən dönür.Mən o taksi sürcüsünün də lyuku açan fəhlənin də yerinə öz həmvətənim olduğuna görə xəcalət çəkdim.Bu ərəb öz vətəninə qayıtdıqdan sonra azından 100 nəfər arasında ölkəmiz haqqında mənfi imic formalaşdırmayacaqmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol