Menu

Tramp ABŞ-ın ÜTT-dan çıxmasını istəyir 

29.06.2018, 17:19
Tramp ABŞ-ın ÜTT-dan çıxmasını istəyir 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxmasını istəyir.

«O, yüz dəfə ÜTT-dən çıxmaqla hədələdi. Bu da bizi ölkə olaraq, çox pis vəziyyətə qoyur» - deyə, portal mənbədən sitat gətirir.

Onun sözlərinə görə, Tramp olduqca kobud formada qeyd edib ki, ölkəsinin bu təşkilata nə üçün üzv olduğunu anlamır :«ÜTT digər dövlətlər tərəfindən, həm də ABŞ-ı məhv etmək məqsədilə yaradılıb».

Portalın məlumatına görə, Prezidentin müşavirləri onun bu mövqeyi ilə razı olmadıqlarını ifadə etməyə cəhd göstəiblər . Amma ABŞ lideri onların arqumentlərinə «biganə» olaraq qalır.

Bundan əvvəl Tramp bildirib ki, Birləşmiş Ştatlar, ÜTT də daxil olmaqla, «Amerikaya yönəlik ədalətsiz davranan» beynəlxalq təşkilatların islahata məruz qoyulması ideyalarını dəstəkləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol