Menu

Prezident Ramil Usubovu və müavinlərini təltif etdi

29.06.2018, 17:47
Prezident Ramil Usubovu və müavinlərini təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Usubov Ramil İdris oğlu – general-polkovnik

Eyvazov Vilayət Süleyman oğlu – polis general-leytenantı

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev İsmət Rəşid oğlu – polis general-leytenantı

Şərhlər

Ramiz Nağıyev 2018-06-29 17:47:38

Təbriklər! Hörmətli nazir R. Usibovun və rəhbərliyi altında olan kollektivin ölkə başçısının kursuna sədaqətləri, nazirin peşəkarlığı və obyektivliyi vətənimizdəki ictimai asayişin
etibarlı qorunmasının təminatıdır! Hamınıza cansağlığı və fəaliyyətinizdə yeni uğurlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol