«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev «qazaxların burnu» və «Dombra» musiqi aləti barədə danışıb: «Yalnız burnuda yovşan ətiri olaraq doğulmuşlar milli musiqi alətimiz olan «Dombra»nın təranəsini duya bilər...» - deyə, Prezident söhbət açıb.
Onun söhbətinin lentə alındığı həmin video Prezidentin mətbuat xidmətinin «İnstaqram-akkaunt»unda dərc olunub.
Nazarbayevin sölərinə görə, dombranın melodiyası - «müstəsna musiqidir» və qəlbin durumunu izhar edir: kədəri, sevinci və ya fəlsəfəni...
«Axşamlar evə gələrkən, başlayırsan «dənləməyə» (dombranın simlərini - red.)... o zaman hər şeyi unudursan - hansısa xatirələr gəlir... Ona görə də bu, mənim xoşuma gəlir. Dombrada yaxşı ifa edən insanlar mənim xoşuma gəlir. Bizim xalq mahnıları həmişə fəlsəfə məzmunlu olur - həmişə mürəkkəb olur. Qazax mahnılarının sözlərini dinləmək lazımdır, musiqisini yox. Sözlər çox böyük məna verir» - deyə, Prezident qeyd edib.

Bayramınız mübarək olsun, qazax arkadaşlar!


Şərhlər