Menu

Yevlaxda yük maşını mikroavtobusla toqquşub:3 nəfər ölüb, 7 yaralı var - FOTO (Yenilənib)

30.06.2018, 21:09
Yevlaxda yük maşını mikroavtobusla toqquşub:3 nəfər ölüb, 7 yaralı var - FOTO (Yenilənib)

Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub."Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.

Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan adları məlum olanlar isə bunlardır:

Əhmədova Səfa Nizami qızı

Əliyev Cavidan Əliyar oğlu

Əliyev Əliyar İlyas oğlu

İmanova Tamilə Nəsir qızı

Həsənova Validə Namiq qızı

***

Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol