Menu

“Günay Sığorta”nın rəhbərliyinə təyinat olub

02.07.2018, 10:35
“Günay Sığorta”nın rəhbərliyinə təyinat olub

“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

İlkin Mirzəyev 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakultəsinə daxil olub və 2012-ci ildə təhsilini bitidikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirib. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışıb. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol