Menu

Cəlilabadda kombayn aşdı - Ölən var

02.07.2018, 14:07
Cəlilabadda kombayn aşdı - Ölən var

Cəlilabad rayonu ərazisində “Niva” markalı taxıl biçən kombayn aşıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 30-da saat 14 radələrində Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində baş verib.

Belə ki, şəhər sakini Aydın Dünyamalıyev idarə etdiyi “Niva” markalı taxıl biçən kombaynı aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol