«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Meksikada keçirilən prezident seçkilərində liderlik edən Andres Manued Lopes Obrador bazar günü ölkədə qocalığa görə pensiyaları 2 dəfə artıracağını vəd edib.
Sol qüvvələrin namizədi olaraq, Lopes Orbador ilkin hesablamalara görə, prezident seçkilərində 53,0-53,8 faiz səs topayıb. Bu rəqəmi Milli seçki institutunun başçısı Lorenso Kordoba elan edib.
«İlk gündən başlayaraq biz, qocaların pensiyasını 2 dəfə artıracağıq və bu pensiyaların universal olduğuna zəmanət veriləcək ki, onu pensiyaya çıxanların hamısı ala bilsin» - deyə, Lopes Obrador bəyan edib.
Lopes Obrador onu da bildirib ki, çərşənbə axşamı, iyulun 3-də hakimiyyətin ötürülməsi prosesinə başlamaq məqsədilə, onun fəaliyyətdə olan prezident Enrike Peney Neqo ilə görüşü planlaşdırılıb.
Bu arada, dünyanın aparıcı KİV-nin verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Manuel Lopes Obradoru prezident sekilərində qələbə çalması münasibəti ilə təbrik edib və onunla işləmək istəyində olduğunu bildirib.
«Andreas Manuel Lopes Obradoru Meksikanın yeni prezidenti seçilməsi münasibətlə təbrik edirəm. Mən, onunla işləməyi səbirsizliklə gözləyirəm. Qarşıda çox şeyləri etmək məsələsi durur ki, onlar həm ABŞ-ın, həm də Meksikanın xeyrinə olacaq» - deyə, Tramp öz «Tvitter»ində yazıb.


Şərhlər
Toşnu bizdən öyrəniblər e bunu.Bizdəki kimi bunlar da pensiyanı 2 dəfə..... Ə yox ey bunlar 2 dəfə artırırlar.Bizdə 2 dəfə azaldıllar və söz verirlər ki, var güçümüznən çalışacagıq ki, qarşıdakı illərdə də azaldacıyıq.Pensiyaçılar da bundan heç narahat olmasınlar. Çünki, onsuzda nə qədər azaldsaq da pensiyaçılar qırılıb qurtarmır ki, bizimkilər də PENSİYA (FIRILDAGI)HAQQINDA bu Qanunu voobşe na xer göndərsinlər arxivə. Bu pensiyaçılar da LAP ÜZLƏRİNƏ DURUBLAR .....