Menu

Qazaxıstan turizmi inkişaf etdirir - Hər il 13 milyon turist qəbul edəcək

03.07.2018, 00:03
Qazaxıstan turizmi inkişaf etdirir  - Hər il 13 milyon turist qəbul edəcək

«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin mədəniyyət və idman nazirliyi 2025-ci ilə qədər turizmin ümumi daxili məhsulda (ÜDM) payını 8,0 faizə qədər artırmağı planlaşdırır. Bu barədə xəbəri «Qazaxinform» yayıb.

«Qarşıya amibisiyalı məqsəd qoyulub - ÜDM-də turizmin payını 2016-cı ildəki 1,0 faizdən 2025-ci ilə qədər 8,0 faizə qaldırmaq!» - deyə, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxammediullı bildirib.

İdarənin rəhbəri qeyd edib ki, bu il «EKSPO» tədbirlərinə Qazaxıstana 7 milyonlan artıq qonaq gəlib ki, bu da ötən illərlə müqayisədə 18,0 faiz çoxdur. Bu zaman hər turist ölkə iqtisadiyyatına 50-350 dollar pul xərcləyib.

Bu effekti saxlamaq məqsədilə, ilin əvvəlindən elektron vizanın tətbiqi üzrə işlər aparılır - 67 ölkənin vətəndaşları turizm məqsədilə Qazaxıstana vizasız daxil olmaq hüququna malikdir. 2018-ci ilin sonuna qədər Çin və Hindistan vətəndaşları üçün 72 saatlıq vizasız tranzit (Almatı və Astanadan) tətbiq olunub.

Nazirin bəyanatına görə, Qazaxıstanın turist artımının fəaliyyətdə olan və potensial drayverlərini müəyyən etmək məqsədilə turist cəlb etmək gücündə olan 60 turist «maqniti» seçilib.

Onların arasında «Medeo» idman kompleksi, Çimbulak dağ-xizək kurortu, Xoca Əhməd Yassuri mavzoleyi və digər məşhur turizm obyektəri var.

Şərhlər

EWDER 2018-07-03 00:03:58

GELIN BIZDEN OYRENUN....ATMAQI...ANALOQSUS INKIWAFI... VE S.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol