Menu

DİM bu gün növbəti buraxılış imtahanlarını keçirir

03.07.2018, 10:32
DİM bu gün növbəti buraxılış imtahanlarını keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

DİM-dən APA-ya verilən məlumata görə, bu gün ümumilikdə 57 625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32795, XI sinif üzrə 24830).

İmtahan IX sinif şagirdləri üçün saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol