Menu

Polşada ikibaşlı buzov doğulub! - Mutasiya sürətlə «irəliləyir»...

03.07.2018, 15:20
Polşada ikibaşlı buzov doğulub!  - Mutasiya sürətlə «irəliləyir»...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, bu günlərdə Polşada ikibaşlı buzov doğulub. Yerli veterinar Karolina Sarovska yeni doğulmuş bazovun şəklini şəbəkəyə yerləşdirib.

Xəbəri «Daily Mail» yayıb.

İnsident Polşanın şimalındakı Kavalyova-Pomorskdə baş verib. Ağır keçən doğuşdan sonra, buzov keçinib. Veterinarın sözlərinə görə, inək dördüncü dəfədir ki, doğub və onun balasının fiziki qüsurla doğulması halı ilk dəfə deyil. İnəyin digər balası daxili orqanları qarnından kənarda yerləşməklə doğulub.

Ekoloqların fikrincə, belə mutasiya halları genetik modifikasiya olunmuş (GMO) heyvan yeminin tərkibində olan pestisidlərin təsirindən yarana bilər. Belə ki, bir çox hallarda heyvanları təbii rasion əvəzinə, GMO yemlə qidalandırırlar.

Bundan əvvəl, 2017-ci ildə ikibaşlı buzov Pakistanın Karaçi şəhərində yerləşən fermada doğulub. Buzovun 4 gözü, iki burnu və dörd qulağı olub. Başların hər birinin öz beyni olub.

Beləliklə, son illərdə meydana gələn mutasiya təzahürləri göstərir ki, təbiətdə mutasiya prosesi sürətlə «irəliləyir»...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol