Menu

Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib

03.07.2018, 16:42
Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Şimali Kipr, daha sonra Azərbaycana səfər edəcək.

Türkiyə prezidenti Şimali Kipr və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yola düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol