Menu

Robert Koçaryan istintaqa çağırılıb

03.07.2018, 18:39
Robert Koçaryan istintaqa çağırılıb

Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb.“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, həmin gün polis dinc etiraz aksiyası iştirakçılarına atəş açmışdı.

Bildirilib ki, 2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarqysanın prezident seçilməsinə etiraz edirdilər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 etirazçı öldürülmüşdü.

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı ittiham olunur.

Bir müdət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan və Robert Koçaryan Gümrü şəhərinin “Fəxri sakinləri” adından məhrum ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol