Menu

Azərbaycanda su təminatı dayandırılıb - BU GÜN OLMAYACAQ

03.07.2018, 23:28
Azərbaycanda su təminatı dayandırılıb - BU GÜN OLMAYACAQ

Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub. Bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, qurğularda suyun emalına, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb. Mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər satlarında mümkün olacaq. Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.

***

Bu gün ölkə ərazisində suyun verilməsi təmin olunmayacaq. Bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, enerji təchizatında yenidən yaranan problemlə əlaqədar sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb.

Şərhlər

Mətin 2018-07-03 23:28:16

Cenab prezident bu oğrulardan xalqın canını qurtarmaq vaxtıdı. Ölke müharibeye hazır deyil. Tesevvür edin ki ermeniler texribat töredib. Ve bu buyurun bu da Bakının ve rayonların aqibedti. İşıq yox su yox metro yox rabite yox

Mehdi 2018-07-03 23:28:16

Ay ....enerji 3 saatdan coxdu berpa edilib.Sen niye suyu bu 3 saat 4 saat erzinde berpa ede bilmirsiniz?Bes sizin ehtiyat suyunuz hani?belke 1 hefte isiq olmayacaq bes siz ehtiyat su sazlamamalisinizki?basqa olkelerde bu hadise bas verseydi duz 10-15 gun ehaliye su vererdiler.Amma sizin kimi korrupsionerler hec 5 saatda su vere bilmediniz.Cunku su sistemine ayrilan pullarin 60,70 faizini basib yemisiniz.

t.ədalət 2018-07-03 23:28:16

Kiçik bir xəta nəticəsində Bakının su təhcizatı dayandı.Allah eləməmiş birdən fövqəladə bir vəziyyət olsaydı,deməli, azərsu camaatı susuz qoyacaqdı.Bu qədər ki büdcə pulu dağıdılır,bəs,gözlənilməz hadisələr üçün generator-filan alıb quraşdırmayıblar?Necə olur ki,Q.Hüseynov Qubada villalar tikməyə pul tapır,ancaq əhalinin ehtiyacı üçün tapa bilmir?Cənab Prezident ölkəni maliyyə oğrularından xilas etməlidir.Ölkəyə ağır günlərin etibarlı mütəxəssisləri lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol